çərşənbə 28 oktyabr 2026 - 19:36
Ayətullah üzma Nuri Həmədanidən region ölkələrinin hakimlərinə xəbərdarlıq: Alimlərə qarşı ədalətsiz hökmlərin çıxarılması qərar qəbul edənlərin süqutuna və nüfuzdan düşməsinə zəmin yaradır

Hövzə / Həzrət Ayətullah üzma Nuri Həmədani region ölkələrinin hakimlərinə müraciətlə vurğulayıb ki, alimlər barəsində ədalətsiz hökmlərin çıxarılması haqq və ədalət səsini susdurmayacaq, əksinə, bu qərarları qəbul edənlərin süqutuna və nüfuzdan düşməsinə zəmin yaradacaq.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Nuri Həmədani region ölkələrində bir sıra alimlər barəsində həbs və edam hökmlərinin çıxarılmasına münasibət bildirərək bəyanat yayıb.

Onun bəyanatının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Həzrət Zəhranın (s.ə) şəhadət günləri münasibətilə başsağlığımı bildirirəm.

عُلَماءُ شِیعَتِنا مُرابِطونَ بِالثَّغْرِ الَّذی یَلی إِبْلیسَ وَعَفاریتَهُ، یَمنَعونَهُم عَنِ الخُروجِ عَلی ضُعَفاءِ شِیعَتِنا، وَعَن أَنْ یَتَسَلَّطَ عَلَیهِم إِبْلیسُ وَشِیعَتُهُ النَّواصِبُ

Bizim şiələrimizin alimləri İblis və onun cinləri ilə üz-üzə dayanan sərhəddə keşik çəkirlər. Onlar İblis və onun tərəfdarlarının zəif şiələrimizə hücum etməsinə və İblisin, eləcə də onun naibi tərəfdarlarının onlara hakim kəsilməsinə mane olurlar.

Bu nurani kəlam alimlərin insanların imanını qorumaq və batil cəbhəsinə qarşı müqavimət göstərmək sahəsindəki mühüm mövqeyini xatırladır. Alimlərin vəzifəsi haqqı müdafiə etmək, zülm və haqsızlığa qarşı çıxmaq, etiqadi sərhədləri qorumaqdır. Bu baxımdan, harada zülm baş verərsə, alimlərin etiraz səsi ucalmalıdır. Dini etiqadları və öz xalqlarının hüquqlarını müdafiə etmək uğrunda çalışan alimlərə qarşı istənilən təzyiq və müdaxilə qınanmalıdır.

Son vaxtlar region ölkələrinin bəzi hakimləri haqq və ədalət səsini susdurmaq məqsədilə alimlər barəsində həbs və hətta edam hökmləri də daxil olmaqla, ədalətsiz qərarlar çıxarıblar. Nəzərə almaq lazımdır ki, bu cür hökmlər haqq və ədalət səsini susdurmayacaq, əksinə, onları çıxaran şəxslərin süqutuna və nüfuzdan düşməsinə zəmin yaradacaq.

Bu ölkələrin hakimlərinə tövsiyə olunur ki, belə düşünülməmiş addımlardan əl çəksinlər və İslamın kökünü kəsməyə çalışan imperializmə və sionizmə qarşı mübarizədə alimlərlə qarşıdurmaya girmək əvəzinə, onlarla eyni mövqedən çıxış etsinlər.

Uca Allahdan İslam dininin izzət və ucalığını, məzlum alimlərə yardım göstərilməsini və onların zalımların əsarətindən azad olunmasını diləyirik.

28 oktyabr 2026

Hüseyn Nuri Həmədani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha